Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzdu

18:57 - 26 Avqust 2023

Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə uduzdu

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı Qazaxıstan təmsilçisi Berikbol Jumanbekovla üz-üzə gəlib.

Rəqibinə uduzan Kotsoyev medal qazana bilməyib və beşinci yerlə kifayətlənib.

Bu gün, həmçinin, 90 kq-dan yuxarı çəkidə Ramazan Əhmədov bürünc medal qarşılaşmasında serbiyalı Mateya Boroyeviçlə güləşəcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az