“Yurqorden”də çıxış edən Musa Qurbanlı İsveç çempionatında “Deqerfors”la matçda vurduğu iki qol barədə paylaşım edib.
Manset.az xəbər verir ki, forvard instaqram hesabında bunları yazıb:
“Fantastik azarkeşlərimizin qarşısında ilk qollarımı vurmaq necə də möhtəşəm hissdir. Əla dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.