“Reyncers” yarımmüdafiəçisi Yanis Hacini “Alaves”ə icarəyə göndərib.
Manset.az xəbər verir ki, o, 2023/24 mövsümünün sonuna qədər La Liqa klubunda çıxış edəcək. Bu barədə İspaniya klubu məlumat yayıb.
24 yaşlı rumıniyalı futbolçu 2022/23 mövsümündə “Reyncers”in heyətində 11 oyuna çıxıb və bir qol vurub.
Xatırladaq ki, Yanis Rumıniya yığmasının və "Qalatasaray”ın sabiq futbolçusu George Hacinin oğludur.