FİFA Vilfrid Zaha, Tete, Edin Dzeko və Duşan Tadiç transferləri ilə bağlı Fənərbaxça və Qalatasarayı təqib edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Fənərbaxça” və “Qalatasaray”ın rəsmi saytlarda yaydığı və KAP-a göndərdiyi açıqlamalardan başqa bəzi futbolçular üçün əlavə ödənişlər etməsi FİFA-nın radarına düşüb.
Bildiyimiz kimi, FİFA ikili müqavilələr, bir transferdə birdən çox idarəçiyə edilən ödənişlər, loyallıq və imic haqqları adı ilə edilən ödənişlər mövzusunda diqqətli davranır.
Beləki, FİFA xarici mənbələrdəki rəqəmlərlə türk komandalarının rəsmi açıqlamalarını müqayisə etməyə qərar verib.
Wifried Zaha, Tete, Edin Dzeko və Dusan Tadiç haqqında mediadakı xəbərlər və KAP-a verilən rəqəmlər arasında böyük uçurum olması ilə bağlı Türkiyədən FİFA-ya ikili müqavilə şikayətləri daxil olub. FİFA təhqiqatı sonda bunun araşdırmaya səbəb olub-olmadığına qərar verəcək.
Lakin qeyd edək ki, araşdırma klublara transfer qadağasından tutmuş oyunçuların müvəqqəti uzaqlaşdırılmasına qədər çox ciddi sanksiyalarla nəticələnə bilər.
Aygün
Manşet.az