Qurban Qurbanov püşkü dəyərləndirdi

18:34 - 01 Sentyabr 2023

Qurban Qurbanov püşkü dəyərləndirdi

"İddialı və maraqlı qrupa düşmüşük".

 

Manset.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ağdam təmsilçisi "Bayer" (Leverkuzen, Almaniya), "Molde" (Norveç) və "Hakken"lə (İsveç) birlikdə H qrupunda yer alıb.

Q.Qurbanov isə püşklə bağlı bunları söyləyib: Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Molde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az