"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Manset.az xəbər verir ki, "şəhərlilər" "Vulverhempton"dan Mateus Nunyesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Mançester Siti" Nunyes üçün 62 milyon avro ödəyəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü "Sportinq" və "Eştoril"də də oynayıb.