Azərbaycan çempionatında bu matçın nəticəsi ləğv edildi

16:51 - 13 Sentyabr 2023

Azərbaycan çempionatında bu matçın nəticəsi ləğv edildi

II Liqanın II turu çərçivəsində baş tutmuş “Ağdaş” - “Baku Sportinq” oyununun (2:4) nəticəsi ləğv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilir ki, görüşün 58-ci dəqiqəsində meydana girən “Baku Sportinq”in 10 nömrəli futbolçusu Elgün Abbaslının adı protokolda olmayıb.

Bu səbəbdən də paytaxt təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə “Baku Sportinq” klubu 400 manat cərimə edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az