Məşhur futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Nassr” futbol klubu ilə İranın aparıcı klublarından olan “Persepolis” sentyabrın 19-da Asiya Çempionlar Liqası çərçivəsində üz-üzə gələcək və Tehranın “Azadi” stadionunda baş tutacaq qarşılaşma tamaşaçısız oynanılacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, internetə giriş məhdudiyyətləri səbəbindən VPN-dən istifadə edilən İranda Persepolis Futbol Klubu Tehrana gələcək Ronaldo və komanda yoldaşlarına VPN-siz xüsusi sim kartların veriləcəyini açıqlayıb. Lakin İranın mədəniyyət və turizm naziri İzetullah Zərqami bu məlumatı təkzib edib.
İranın mədəniyyət və turizm naziri İzetullah Zərqami Nazirlər Şurasının bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlama verib:
"Bəziləri Ronaldo İrana gələndə VPN-siz sim kart probleminin necə həll olunacağını soruşur. Bizdə cibimizdə hər kəsə paylaya biləcəyimiz hazır VPN-siz sim kartlar yoxdur. Əgər Ronaldo İrana gəldiyi zaman ailəsi və dostları ilə görüşmək istəyirsə, İranın yerli mesajlaşma proqramlarından Bale və Eitaa istifadə etməlidir”
Aygün
Manşet.az