Qətər "Əl Ərəbi"si PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transferini rəsmən açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, yeni klubunda 7 nömrəli forma ilə çıxış edəəck.
Daha əvvəl jurnalist Nikolo Şkira "Əl-Ərəbi"nin 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyini yazıb. İtaliyalı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalandığını vurğulayıb.
Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edirdi O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol ötürməsi verib.