Azərbaycan komandası Mersində 4-cü oldu

18:32 - 01 Oktyabr 2023

Azərbaycan komandası Mersində 4-cü oldu

Çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour" açıq çempionatı başa çatıb.

 

Manset.az xəbər verir ki, Türkiyənin Mersin şəhərində təşkil olunan yarışda iştirak edən cütlərimizdən Vadim Kutukov/Heydər Məmmədli 32 komanda arasında dördüncü olublar.

Vüqar Bayramov/Ülvi Rəcəbli yarışın 1/4 final mərhələsində, Fidan Əhmədxanova/Larisa Smeltsova isə 1/8 finalda mübarizəni dayandırıblar.

Çimərlik voleybolçularımız oktyabrın 3-də Türkiyənin digər şəhərinə, Balıkesirə yola düşəcəklər. Burada təmsilçilərimiz CEV klublararası Avropa Kubokunda (Beach Volley European Cup) öz qüvvələrini sınayacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv