“Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi var” - “Hakken”in baş məşqçisi

17:34 - 04 Oktyabr 2023

“Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi var” - “Hakken”in baş məşqçisi

İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”a qarşı keçirəcəkləri ev oyunu barədə fikirlərini bildirib.

 

Manset.az xəbər veir ki, Norveçli mütəxəssis Azərbaycan çempionunun avrokuboklarda böyük təcrübəyə malik olduğunu söyləyib.

“Qrup mərhələsində ilk ev matçımızdır. Birinci turda “Molde”yə qarşı yaxşı oyun göstərib qələbə qazanan “Qarabağ”la qarşılaşacağıq. Rəqibin böyük təcrübəsi var. “Qarabağ” uzun illərdir, avrokubokların qrup mərhələsində oynayır. Hətta Çempionlar Liqasında yarışıblar. Bizim üçün maraqlı oyun olacaq”, - Hoqmo oyunöncəsi mətbuat konfransında deyib.

Qeyd edək ki, sabah Göteborqun “Ullevi” stadionunda keçiriləcək “Hakken” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk matçda “Qarabağ” evdə “Molde”ni 1:0 hesabı ilə məğlub edib, “Hakken” isə Almaniyada “Bayer”ə (Leverkuzen) uduzub - 0:4.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az