“Qəbələ”dən Macarıstan klubu ilə heç-heçə

19:05 - 04 Oktyabr 2023

“Qəbələ”dən Macarıstan klubu ilə heç-heçə

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında 2023/2024 mövsümünün ilk oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən cütün ilk duelində 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açsa da, macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.

Komandalar arasında cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az