"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.
“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.
Qeyd edək ki, “Qarabağ”ın futbolçuları oyundan sonra qələbə sevincini azarkeşlərlə bölüşüblər.
Həmin görüntüləri təqdim edirik: