“Qarabağ” Avropa Liqasında ən çox hücum edən komandadır: “Liverpul”la “Vest Hem”i qabaqladı

13:52 - 06 Oktyabr 2023

“Qarabağ” Avropa Liqasında ən çox hücum edən komandadır: “Liverpul”la “Vest Hem”i qabaqladı

Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra turnir iştirakçılarının statistik göstəriciləri açıqlanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, ilk iki oyununu qələbə ilə başa vuran “Qarabağ” ən çox hücum cəhdi edən komandadır.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu matçlarda ümumilikdə 118 hücum cəhdi edib və bu göstəricidə birinci sıradadır. İkinci yerdə 112 cəhdlə “Liverpul”, üçüncü pillədə 110 hücum cəhdi edən digər İngiltərə təmsilçisi “Vest Hem” qərarlaşıb.

Azərbaycan çempionu müdafiədəki çıxışı ilə də fərqlənib. “Atlılar” 88 top qazanma ilə Fransa “Tuluza”sı ilə 3 və 4-cü yerləri bölüşürlər.

H qrupunda yer alan “Qarabağ” ilk turda Norveçin “Molde” klubunu evdə, ikinci görüşdə İsveç təmsilçisi “Hakken”i eyni hesabla - 1:0 məğlub edib. Komanda üçüncü görüşünü Almaniyanın “Bayer” klubuna qarşı keçirəcək. Matç oktyabrın 26-da Leverkuzendə olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az