Dünya nəhəngi ilk təklifi etdi - Başakşehir FK xaricilərə satılır

16:34 - 06 Oktyabr 2023

Dünya nəhəngi ilk təklifi etdi - Başakşehir FK xaricilərə satılır

"Mançester Siti"nin sahibi olan "City Football Group" Super Liqa komandası Başakşehir Futbol Klubunu almaq üçün ilk təklifi edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2020-2021 mövsümündə Super Liqa çempionu olan Başakşehir City Football Group-a satılacağı təqdirdə əcnəbilər tərəfindən idarə olunacaq.

Razılıq əldə olunsa İstanbul komandası "City Football Group"un və "Mançester Siti"nin qurucularından olan Mənsur bin Zayed əl-Nehyanın aldığı klublar zəncirinin bir hissəsi olacaq.

"City Football Group”a Manchester City, New York City, Melborne City, Yokohama F. Marinos, Montevideo City Torque, Girona FC, Schuan Jiuniu, Mumbai City FC, Lommel SK, Esparence Sportive Troyes, Palermo, Bahia və Club Bolivar City daxildir.

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az