Mehman Əzizov işdən çıxarıldı - “Müqaviləni imzalayanda...”

01:02 - 31 Oktyabr 2023

Mehman Əzizov işdən çıxarıldı - “Müqaviləni imzalayanda...”

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb.

 

Manset.az xəbər verir ki, b barədə "Qafqazinfo"ya o, özü məlumat verib. 

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib:

"Gəlib dedilər ki, işdən azad olunursuz. Səbəbini isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar". 

"Sizin müqaviləniz yox idi" sualına isə M.Əzizov belə cavab verib: 

"Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az