"Real"da 6 illik yeni müqavilə

20:16 - 09 Noyabr 2023

\"Real\"da 6 illik yeni müqavilə

"Real" futbolçusu Federiko Valverde ilə müqaviləsini uzadıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Madrid təmsilçisi 25 yaşlı yarrımmüdafiəçi ilə 2029-cu ilə qədər sözləşmə imzalayıb.

Qeyd edək ki, Federiko 2016-cı ildə "Real"a "Penarol"dan keçib. "Kral klubu" Valverde üçün təxminən 5 milyon avro ödəyib. O, "Real"ın tərkibində iki dəfə İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu, həmçinin Çempionlar Liqasını qazanıb.  Bu mövsüm uruqvaylı yarımmüdafiəçi La Liqada 12 oyun keçirib, 1 qol vurub və 2 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az