Türkiyə Futbol Federasiyası prezidenti Mehmet Büyükekşi Halil Umut Melərə hücumdan sonra keçirdikləri toplantının qərarlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Büyükekşi futbol liqalarının qeyri-müəyyən müddətə təxirə salındığını və məsul şəxslərin ən ağır cəzanı alacağını bildirib.
Büyükekşi açıqlamasında "Alçaq hücumu həyata keçirənlər bunu təkcə Halil Umut Melere etməyib. Bu, Türkiyə futbolunun bütün paydaşlarına edilib. İndiyə qədər hakimləri hədəf alan hər kəs bu alçaq cinayətin ortağıdır. Məsuliyyətli klub və onun idarəçiləri ən ağır şəkildə cəzalandırılacaq. Hakimlər də insandır. Bu cür təpik, yumruq heç bir insana edilə bilməz. Son verək artıq. Bütün ictimaiyyət, sosial şəbəkələr, hakim şərhçiləri, prezidentlər, məşqçilər... Xahiş edirəm, yetər artıq. Gəlin azaltmayaq. Türk futbolunun marka dəyərini daha çox alçaltmayın və Türk futbolunu rüsvay etməyin. Yaxın günlərdə liqaların müddəti ilə bağlı açıqlama verəcəyik. Sabah hakimimizə baş çəkək".
Əfsanə
Manşet.az