Məşhur italiyalı futbolçu karyerasını başa vurur

17:48 - 12 Dekabr 2023

Məşhur italiyalı futbolçu karyerasını başa vurur

İtaliya millisinin müdafiəçisi olmuş Corco Kyellini peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

 

Manset.az xəbər verir ki, son iki mövsümü ABŞ-nin “Los-Anceles” klubunda keçirən 39 yaşlı futbolçu təqaüdə çıxmağa hazırlaşdığını açıqlayıb.

O, tezliklə qərarı ilə bağlı rəsmi açıqlama verəcəyini deyib.

Qeyd edək ki, C.Kyellini “Yuventus”la doqquz dəfə İtaliya çempionluğunu bayram edib. O, 2020-ci ilin Avropa çempionudur. C.Kyellini millinin heyətində 117 oyun keçirib və səkkiz qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az