FİFA ilin ən yaxşı məşqçisi adına namizədləri AÇIQLADI

18:06 - 13 Dekabr 2023

FİFA ilin ən yaxşı məşqçisi adına namizədləri AÇIQLADI

FİFA 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.

 

Manset.az qurumun saytına istinadən xəbər verir ki, "The Best"ə namizədlər arasında Pep Qvardiola ("Mançester Siti"), Simone İnzaqi (İnter) və Luçano Spaletti ("Napoli"/İtaliya) yer alıb.

2022/23 mövsümündə “Mançester Siti” İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. “İnter” İtaliya kubokunu qazanıb, Çempionlar Liqasının finalına yüksəlib. “Napoli” isə 33 ildən sonra A Seriyasında ilk dəfə ölkə çempionu adın yiyələnib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az