"Roma"nın baş məşqçisi Joze Mourinyo klubun qış transfer pəncərəsi zamanı futbolçu alıb-almayacağı ilə bağlı sualı cavablandırıb.
Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o deyib:
“Yanvar bazarı? Məsələ onda deyil ki, mən bir şey istəyirəm, sahiblər isə başqa bir şey istəyir. Mən qısqanc deyiləm, amma “Mançester Siti” Fillipsə 80 milyon avro xərcləyib və indi Pep onu satıb yeni oyunçu almağı düşünür. Biz isə fərqli bir reallıqda yaşayırıq. Daha 3-4 futbolçunun komandaya qoşulmasını istərdim. Biz tərkibi yaxşılaşdırmaq istəyirik, lakin bununla bağlı çətinliklərimiz var. Əgər müdafiəçi alsaq, mən onsuz da xoşbəxt olaram”.