Trendyol Super Liqasının 15-ci həftəsində MKE Ankaragücü "Çaykur Rizespor" matçının final fitində meydana girərək hakim Halil Umut Meləri yumruqlayan Ankaragücü prezidenti Faruk Kocanın həbsi və davam edən müzakirələrə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qalmaqallı hadisədən sonra kameralar qarşısına keçən və alınan qərarları açıqlayan TFF prezidenti Mehmet Büyükekşinin sözləri Fənərbaxça və Klublar Birliyi Fondu sədri Ali Koçu narahat edib.
Ali Koç TFF-dən başqa bütün tərəflərin günahlandırıldığına diqqət çəkib və bu problemlərin TFF-nin özünü ayıraraq, məsuliyyəti başqalarının üzərinə ataraq həll edə biləcəyi problemlər olmadığını bildirib.
"Hakimlərin verdiyi açıqlamalar klublarda narahatlığa yaratdı. Hakimlik institutunun vəziyyəti ortadadır. Performansı da göz qabağındadır. Heç baş verməsini istəmədiyimiz bir hadisə oldu, onları unudub və məhəl qoymayacağımız bir vəziyyət yoxdur. Bazar ertəsi axşam gözümüzün qabağında baş verən hadisələr bütün ölkəmizi dərindən yaraladı. Eyni zamanda, ölkənin futbol markasının beynəlxalq səviyyədə dəyərinə xələl gətirdi. Belə şiddətli hadisəni qəbul etmək mümkün deyil. Nə Halil Umut Melerin yaşadıqları kadr-kadr kameralara düşən görüntülər bizi incitdi. Özünə və dəyərli ailəsi, matçı idarə edən hakimlərə keçmiş olsun”.
Əfsanə
Manşet.az