“Barselona”nın prezidenti Xavi və futbolçularla görüşdü

17:17 - 14 Dekabr 2023

“Barselona”nın prezidenti Xavi və futbolçularla görüşdü

“Barselona”nın prezidenti Joan Laporta Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Antverpen”ə məğlubiyyətdən sonra Kataloniya klubunun paltardəyişmə otağına baş çəkib, baş məşqçiyə, futbolçulara dəstək olub.

 

Manset.az xəbər verir ki, o, futbolçularla söhbətində qeyd edib ki, klub əsas məqsədinə - Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək tapşırığını yerinə yetirib.

Qeyd edək ki, ötən gün “Barselona” Çempionlar Liqasının qrup mərhələsində “Antverpen”ə 3:2 hesabı ilə məğlub olub.  

Bu məğlubiyyətdən sonra kataloniyalılar H qrupunda birinciliyi qorusalar da, azarkeşlər baş məşqçi Xavi Ernandesdən və futbolçulardan narazı qalıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az