AFFA-dan bölgə klublarının futbolçularına cəza

18:08 - 20 Dekabr 2023

AFFA-dan bölgə klublarının futbolçularına cəza

AFFA-nın İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Mingəçevir”in futbolçusu Elsevər Bəkirzadəni və “İmişli”nin oyunçusu Tonia Tisdeli cəzalandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

E.Bəkirzadə 1-ci liqanın 11-cu turunun “Araz Saatlı” ilə oyununun 74-cü dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Mingəçevir” klubu 50 manat cərimə edilib.

T.Tisdel isə 11-ci turun “Şamaxı” ilə oyununun 18-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az