Klublararası dünya çempionatında bürünc medalı onlar qazandılar

23:00 - 22 Dekabr 2023

Klublararası dünya çempionatında bürünc medalı onlar qazandılar

 Səudiyyə Ərəbistanının Ciddə şəhərində klublararası dünya çempionatının 3-cü yer uğrunda oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, Yaponiyanın “Urava Red Diamonds” və Misirin “Əl-Əhli” klubları qarşılaşıb. Matç "Əl-Əhli"nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Urava Red Daymonds” - “Əl-Əhli” - 2:4

Qollar: İbrahim, 19 (0:1), Tau, 25 (0:2), Kante, 43 (1:2), Şolz, 54 (2:2), Konduemi, 60 (2:3), Malul, 90+8 (2:4)

Beləliklə Misir təmsilçisi bürünc medalın sahibi olub.

Yarımfinalda "Əl Əhli" "Fluminense"yə 0:2, "Urava Red Daymonds"  "Mançester Siti"yə 0:3 hesabı ilə uduzmuşdu.

Klublararası dünya çempionatının finalında İngiltərənin “Mançester Siti” və Braziliyanın “Fluminense” klubları qarşılaşacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az