Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Turan Tovuz” - “Araz Naxçıvan” matçı zamanı şok olay yaşanıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçın keçirildiyi arenanın işıq dirəklərindən biri aşıb.
Xoşbəxtlikdən işıq dirəyi boşluğa düşüb və meydanda, tribunada olanlardan xəsrət alan olmayıb.
Nəticədə matç 82-ci dəqiqədə yarıda dayandırılıb.
Dəhşətli anın görüntülərini təqdim edirik: