Millimizin voleybolçusu Türkiyə klubu ilə anlaşdı

01:02 - 25 Dekabr 2023

Millimizin voleybolçusu Türkiyə klubu ilə anlaşdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

 

Manset.az xəbər verir ki, 33 yaşlı oyunçu Sultanlar Liqasında mübarizə aparan "Karayolları" komandasına keçib. O, Ankara təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

"Karayolları" hazırda ölkə çempionatında 13 oyundan sonra topladığı 4 xalla sonuncu - 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Polina Rəhimova son olaraq Vyetnamın "Duk Qianq” komandasında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az