Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

22:11 - 25 Dekabr 2023

Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubundan ayrılıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. 

Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq. Klub mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az