Gənclər və idman nazirliyinin dəstəyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Azərbaycan Kunq-fu federasiyasının təşkilatçılığı ilə ölkə çempionatı keçirilib.
Manset.az xəbər verir ki, 29-cu dəfə təşkil olunan Azərbaycan çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra açılışda çıxış edən Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov idmançılara uğurlar arzu edib.
Açılışdan sonra müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarında idmançılar Kunq-fu yarışında bacarıqlarını göstəriblər.
Qeyd edək ki, 29-cu Azərbaycan çempionatında fərqlənən idmançılar beynəlxalq yarışlar üçün milli komandalarımızın heyətini təşkil edəcək.