"Ona həmin anda lazım olan komanda “Qarabağ” oldu"

18:24 - 26 Dekabr 2023

\"Ona həmin anda lazım olan komanda “Qarabağ” oldu\"

Rusiya millisinin qapıçılarla işləyən məşqçisi Vitali Kafanov “Qarabağ”ın qapıçısı Andrey Lunyovu Avropa Liqasında seyvlərin sayına görə ilk üçlüyə düşməsi münasibəti ilə təbrik edib.

 

Manset.az  xəbər verir ki, o, bu barədə metaratings.ru saytına açıqlamasında bildirib. Kafanov deyib: "Mən Lunyovu uzun müddət ərzində oynadığı yüksək keyfiyyətli oyuna görə təbrik etdim. Leverkuzendən ayrıldıqdan sonra Lunyova iki il ərzində top-klubda ("Bayer"də red.) topladığı bacarığı gerçəkləşdirə biləcəyi klub lazım idi. Bu, ilk növbədə avrokuboklarda çıxış edən klub olmalı idi. “Qarabağ” məhz o anda Andreyə lazım olan komanda oldu.

“Qarabağ” problemlərini həll etmək üçün axtardığı qapıçını tapdı. Mən bilirəm ki, bunda o agent Anton Smirnovun böyük rolu olub" - deyə məşqçi bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az