Premyer Liqa tarixində beləsi olmamışdı

07:03 - 28 Dekabr 2023

Premyer Liqa tarixində beləsi olmamışdı

“Şeffild Yunayted” klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.

 

Manset.az xəbər verir ki, adı çəkilən komanda çempionatın 19-cu turunda “Luton Taun”la görüşdə iki avtoqola üzülməklə bunu reallaşdırıb.

Kris Vilderin rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə öndə olarkən 77-ci dəqiqədə Cek Robinsonun, 81-ci dəqiqədə isə Anis Slimanenin topu öz qapısına göndərməsi nəticəsində meydanı məğlub tərk edib – 2:3.

Bununla Şeffild təmsilçisi futbolçuları 75-ci dəqiqədən sonra iki avtoqolla yadda qalan ilk klub kimi tarixə düşüb.

“Şeffild Yunayted” hazırda 9 xalla turnir cədvəlinin 20-ci – sonuncu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az