“Qarabağ”ın legioneri Afrika Millətlər Kuboku üçün milliyə dəvət aldı - FOTO

15:39 - 29 Dekabr 2023

“Qarabağ”ın legioneri Afrika Millətlər Kuboku üçün milliyə dəvət aldı - FOTO

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo Verde milli komandasının Afrika Millətlər Kubokunun final mərhələsi üçün heyətinə dəvət olunub.

 

Manset.az xəbər verir ki, baş məşqçi Pedro Brito 30 yaşlı yarımmüdafiəçinin adını 26 nəfərlik heyətə daxil edib.

“Qarabağ”ın digər futbolçusu Leandro Andrade isə mötəbər turnir üçün yığmaya çağırılmayıb.

Afrika Millətlər Kuboku 2024-cü ilin 13 yanvar - 11 fevral tarixləri arasında Kot-D`İvuarda keçiriləcək. Kabo Verde millisi B qrupunda Qana, Mozambik və Misirlə mübarizə aparacaq.

“Qarabağ” Patrik Andradeni mövsümün əvvəlində Serbiyanın “Partizan” klubundan transfer edib. Təcrübəli orta xətt oyunçusu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az