"Mançester Siti"nin futbolçusu Bernardu Silva sabiq klubu "Benfika"ya qayıtmaq istəyir.
Manset.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "A Bola"ya açıqlamasında "şəhərlilər"lə müqaviləsi başa çatdıqdan sonra "Benfika"ya keçmək niyyətində olduğunu deyib.
Silva hazırda "Mançester Siti" ilə müqaviləsinin olduğunu xatırladıb və sözləşməsinin sonunda bu barədə düşünəcəyini bildirib.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2017-ci ildən "Mançester Siti"də çıxış edir. "Benfika"nın yetirməsi olan futbolçu 2013-2015-ci illərdə bu klubun əsas komandasında çıxış edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.