Sərgən Yalçının yeni klubu müəyyənləşdi

19:34 - 31 Dekabr 2023

Sərgən Yalçının yeni klubu müəyyənləşdi

Sərgən Yalçının yeni klubu müəyyənləşib.

 

Manset.az  “NTV Spor”un saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə Superliqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi təyin edilib. Klubun vitse-prezidenti Alkan Evren açıqlamasında Sərgən Yalçınla bu mövsümün sonuna qədər anlaşdıqlarını deyib.

O, yeni komandasında ilk məşqə yanvarın 2-də çıxacaq. 

Qeyd edək ki, Sərgən Yalçın son olaraq 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az