Top-5 liqalarda ən çox oyunda qol buraxmayan komandalar

00:47 - 02 Yanvar 2024

Top-5 liqalarda ən çox oyunda qol buraxmayan komandalar

2023-cü ildə Avropanın Top-5 liqalarında ən çox oyunda qol buraxmayan komandalar müəyyənləşib.

 

Manset.az xəbər verir ki, siyahıya İspaniyanın “Barselona” klubu başçılıq edir.

Kataloniya təmsilçisi il ərzində keçirdiyi 22 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb. İkinci sıradakı İtaliya “İnter”ində bu göstərici 21 matçdır. A Seriyasının digər təmsilçisi “Yuventus” 20 qarşılaşmada mərkəzə dəvət olunmayıb.

“Nitsa” (Fransa) və “Real” (İspaniya) hərəyə 19, “Latsio” (İtaliya) 18, “Liverpul” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Napoli” (İtaliya) 17, “Torino” (İtaliya) və “Mançester Yunayted” (İngiltərə) isə 16 görüşdə qol buraxmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az