“Qarabağ” Avropada 66-cıdır – 10 illik reytinq

18:00 - 02 Yanvar 2024

“Qarabağ” Avropada 66-cıdır – 10 illik reytinq

UEFA-nın 10 illik klub reytinqini açıqlanıb.

 

Manset.az  xəbər verir ki, son 10 mövsümün nəticələrinin əksini tapdığı cədvəldə ən yaxşı Azərbaycan klubu "Qarabağ"dır.

Ardıcıl 10 dəfə avrokubokların qrupunda düşən Ağdam təmsilçisi siyahıda 66-cı yerə şərikdir. Qurban Qurbanovun komandası "Lüdoqorets"lə eyni xala malikdir. Hər iki klub bu müddətdə 53,000 xal toplayıb.

13,250 xala malik "Neftçi" 213-cü, "Qəbələ" 10,750 xalla 268-ci yeri bölüşür. "Səbail", "Kəpəz", "Zirə", "Sabah", "Şamaxı" və "Sumqayıt" eyni - 7,625 xala 347-ci yerə şərikdir.

Qeyd edək ki, siyahıya 363,000 xala malik "Real" başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az