"Beşiktaş" futbolçusu Semih Kılıçsoyla müqaviləni uzadıb.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı hücumçunun yeni sözləşməsi 2028-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.
Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Semih Kılıçsoy bu mövsüm12 rəsmi matçda 2 qol vurub.