Adı Avropa klubları ilə hallanan "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Manset.az "Fanatik"ə istinadən xəbər verir ki, mövsümün əvvəlində İkardini "Qalatasaray"a uduzan Səudiyyə klubları yenidən argentinalı ulduz üçün hərəkətə keçiblər.
Mənbə bildirir ki, ulduz futbolçunun xidmətində maraqlı olan klublar Firminonu itirən "Əl-Əhli" və Benzemanı əldən verən "Əl-İttihad”dır.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray" forması ilə 27 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.