Məşhur hakim Mete Kalkavan karyerasını bitirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Mete Kalkavanın könüllü olaraq hakimlik karyerasını bitirdiyini və Hakimlər Akademiyasına VAR Təlim Sorumlusu vəzifəsinə təyin edilib.
"Super Liqa Hakimlərimizdən Mete Kalkavan könüllü olaraq meydanda hakimlik karyerasını başa vurdu və Hakimlər Akademiyasında VAR Təlim İşçisi vəzifəsinə təyin olundu. Ona xidmətlərinə görə təşəkkür edir və yeni vəzifəsində uğurlar arzulayırıq" TFF deyib.
Jalə
Manşet.az