Neymarın "Barselona"dan PSJ-yə transferi ilə bağlı araşdırmalara başlanıldı

21:20 - 04 Yanvar 2024

Neymarın \"Barselona\"dan PSJ-yə transferi ilə bağlı araşdırmalara başlanıldı

Fransada dünyaca məşhur futbolçu Neymarın 2017-ci ildə "Barselona"dan PSJ-yə transferi olunması ilə bağlı araşdırma başlayıb.

 

Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ Neymarı 222 milyon avroya transfer edərkən vergi güzəştləri əldə etmək üçün Fransa rəsmilərə rüşvət verməkdə şübhəli bilinir.

Bu transfer hələ də futbol tarixində ən böyük transferdir. 

Qeyd edək ki, Neymar 2017-2023-cü illərdə PSJ-də çıxış edib. O, PSJ-nin heyətində bütün yarışlarda 173 oyun keçirib və 118 qol vurub. Braziliyalı forvard hazırda "Əl-Hilal"ın futbolçusudur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az