Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Manset.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyası məlumat yayıb. Komandaya İvan Haşek baş məşqçi təyin olunub. Onunla 2025-ci ilin noyabr ayınadək müqavilə imzalanıb.
60 yaşlı mütəxəssis bu vəzifədə Yaroslav Şilqavanı əvəzləyib.
İ.Haşekin son iş yeri isə Livan yığması olub.