Türkiyə millisinin futbolçusu Arda Gülər “Real”ın heyətində debüt edəcək.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun Madrid təmsilçisindəki ilk rəsmi matçı İspaniya kubokuna təsadüf edir.
Belə ki, gənc oyunçu “Arandina” ilə matçda start heyətdə yer alıb.
Qeyd edək ki, türkiyəli futbolçu “Real”a transfer olunduqdan sonra zədələnmişdi.