"Qarabağ" "Kəpəz"i məğlub etdi

17:06 - 27 Yanvar 2024

\"Qarabağ\" \"Kəpəz\"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.

Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az