“Zirə” öz meydanında “Sabah”a uduzdu

21:42 - 27 Yanvar 2024

“Zirə” öz meydanında “Sabah”a uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, "Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Sofyan Çakla vurub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Sabah" yeddinci pilləyə yüksəlib. 30 xalı olan "Zirə" isə ikinci sırada yer alıb.

Qeyd edək ki, XX turun əvvəlki oyunlarında "Turan Tovuz" "Səbail"ə 3:1, "Qarabağ" isə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az