“Sumqayıt” yeni stadionda ilk qələbəsini qazandı

17:44 - 04 Fevral 2024

“Sumqayıt” yeni stadionda ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında 21-ci turun növbəti görüşü baş tutub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, günün ilk matçı təmirdən yeni çıxan, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Görüşdə “Neftçi”ni qəbul edən “Sumqayıt” 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, günün son oyunu isə Qəbələdə olacaq. Yerli komanda “Zirə” ilə üz-üzə gələcək. 

Azərbaycan Premyer Liqası

21-ci tur tur

4 fevral

“Sumqayıt” - “Neftçi” 2:1

Qollar: Ninqa 8, 37 - Ozobiç 90+7(p)

Hakim: Elçin Məsiyev

Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az