Qəzzada atəşkəs elan olunsa belə, epidemiyalar, xəstəliklər və yaralılar səbəbindən avqusta qədər minlərlə insan həyatını itirəcək.
Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniya və ABŞ universitetləri araşdırma aparıb.
London Universiteti, Huanitar Böhranlar üzrə Səhiyyə Komitəsi və ABŞ-ın Cons Hopkins Universitetinin Humanitar Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli senari üzrə necə dəyişəcəyi barədə hesabatı dərc edib.
Hesabatda qeyd olunur ki, Qəzzada atəşkəs elan olunacağı təqdirdə 7 fevral - 6 avqust aralığında 11 mindən çox insan həlak olacaq.
Müharibənin davam edəcəyi təqdirdə isə ölənlərin sayının 58 min 260-a çatacaq. Hücumların intensivləşəcəyi təqdirdə 74 min 290 nəfərin həyatını itirəcəyi proqnozlaşdırılıb.
Atəşkəs mühitində qəzzalıların ölümünə səbəb olacaq ən böyük amil yoluxucu xəstəliklər olacaq. Hesabata görə, yaxın 6 ayda dünyasını dəyişənlərin 34 faizi 0-15 yaş arası uşaqlar, 57 faizi isə kişilər olacaq. Bundan əlavə, bütün ssenarilərdə anaların, yeni doğulanların və ölü doğumların sayında artım proqnozlaşdırılır.


![]()