Mərkəzi Amerika ölkəsi Qvatemalada xəstəxanaya yerləşdirilən gənc qadın 30 dəqiqəlik müdaxiləyə baxmayaraq həyatını itirib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, morqa aparılan qadın 5 saat sonra "dirilib".
Həkimlər bildirib ki, gənc qadın əvvəllər çoxlu qıcolmalar və serebral iflic keçirib.
Qadının yenidən təcili yardıma aparıldığı bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.