4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

14:54 - 22 Fevral 2024

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

Nərgiz Nəcəfovanın atası Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 24 yaşlı qızını öldürərək həyatyanı sahədə basdırmaqda ittiham olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin əraziyə baxış keçirilir. Hələ ki, Nərgiz Nəcəfovanın meyiti tapılmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az