Bir müddət öncə Hadrutda nəşi tapılan və dünən kimliyi müəyyənləşən Vətən Müharibəsi şəhidi Əliyev İxtiyar İlqar oğlu Goranboy rayonunda dəfn edilir.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Hazırda dəfn mərasimində ictimaiyyət nümayəndələri iştirak edir.