Bakıda bank kartlarından 4188 manat oğurluq edən qadın ƏLƏ KEÇDİ

12:14 - 10 Aprel 2024

Bakıda bank kartlarından 4188 manat oğurluq edən qadın ƏLƏ KEÇDİ

Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən Manset.az-a məlumat verilib.

Qeyd edilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

Hazırda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az